Xəzər Xəbər

Camalı konsulluqda öldürən 5 nəfər məlum oldu

Dünya | 10:36 • 17 Oktyabr 2018
Camalı konsulluqda öldürən 5 nəfər məlum oldu
Türkiyəli rəsmilər səudiyyəli jurnalist Camal Kaşıkçının ölümündə şübhəli bilinən 5 şəxsin kimliyini müəyyənləşdiriblər.


XəzərXəbər xəbər verir ki, ABŞ-ın "New York Times” qəzeti bununla bağlı sensassion iddia irəli sürüb.

Qəzetin yaydığı məlumata görə, şübhəlilərdən biri Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmana Paris, Madrid, Hyuston, Boston və BMT-yə səfərləri zamanı müşayiət edən və şahzadəyə yaxın biridir.

Şübhəlilərdən digər üçü də şahzadə ilə yaxın əlaqələrə malikdir. Beşinci şübhəlinin isə Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi və Tibbi Ekspertiza İdarəsində çalışan yüksək rütbəli məmur olduğu deyilir.

Qeyd olunub ki, bütün bunlar cinayətin şahzadə Məhəmməd bin Salmandan xəbərsiz törədildiyi iddialarını təkzib edir./azvision.az

Xəbər lenti