Xəzər Xəbər

Pomidor ucuzlaşıb - VİDEO

Veb TV | 20:37 • 16 Oktyabr 2018
Pomidor ucuzlaşıb -

Son bir neçə gündə bazarlarda pomidorun qiymətində ciddi enmə müşahidə edilir.

Xezerxeber.az-ın məlumatına görə, təxminən 10 gün əvvəl kiloqramı 2-3 manata satılan pomidorun qiyməti indi 1 manatdan da aşağıdır.

Satıcılar qiymətin enməsini bolluqla və pomidorun Rusiya bazarlarına çıxarılmaması ilə əlaqələndirirlər.

Qiymətlərin enməsi bazarlarla yanaşı, mağazalarda da özünü göstərir.

Satıcıların sözlərinə görə, bundan sonra qiymətlərin daha da düşməsi gözlənilmir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti