Xəzər Xəbər

Bu yol sakinlər üçün təhlükə saçır - VİDEO

Veb TV | 20:38 • 16 Oktyabr 2018
Bu yol sakinlər üçün təhlükə saçır -

Mərdəkan körpüsündən Bilgəh istiqamətində bir dənə də olsa piyada keçidi yoxdur. Ərazidə yaşayan sakinlər yolu keçməkdə əməlli-başlı əziyyət çəkirlər. Üstəlik, yolda sürət həddi də yüksək olduğundan baş verən qəzalar ölümsüz ötüşmür.

Xezerxeber.az-ın məlumatına görə, söhbət Zaqulba şossesindən gedir. Ərazidə yaşayan insanlar hər gün əziyyətlə yolu keçməyə çalışırlar.

Ərazidə yaşayan sakinlər deyir ki, gecə yolu keçmək daha təhlükəlidir. Ərazidə vaxtaşırı piyada ölümü ilə nəticələnən qəzalar baş verir.

Sakinlər ərazidə piyada keçidlərinin tikilməsini istəyirlər.

Yol boyunca cəmi bir yerdə piyada keçidinin tikintisi nəzərdə tutulsa da, o da yarımçıq qalıb.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən "Xəzər Xəbər"ə bildirdilər ki, sözügedən yolda yarımçıq qalan piyada keçidin tikintisi yaxın vaxtlarda yekunlaşacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar