Xəzər Xəbər

Zaqatalada çaqqal insanlara hücum edib - VİDEO

Veb TV | 20:35 • 16 Oktyabr 2018
Zaqatalada çaqqal insanlara hücum edib -

Zaqatalada çaqqal insanlara hücum edib. Həyətə soxulan yırtıcı, ev sahibinin üzərinə atılaraq ona xəsarət yetirib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Zaqatalada Muğanlı kəndində baş verib. Səhər tezdən işə getmək istəyən kənd sakini Çingiz Əhmədov darvazasında çaqqalla qarşılaşıb. Həyətə soxulan yırtıcı ilə Çingiz Əhmədov sözün əsl mənasında əlbəyaxa olub.

Bu zaman çaqqal onun sol əlinin barmağını, sağ qolunu əli ilə birgə çeynəyib və sol dizini dişləyib. Özünü çətinliklə yırtıcının əlindən qurtaran ev sahibi çaqqalı həyətdən qova bilib. Bundan sonra o, xəstəxanaya müraciət edib.

Çingiz Əhmədovun sözlərinə görə, kəndin ətrafı meşəlik olduğu üçün kənddə yem axtaran çaqqallar çox tez-tez görünür. Bu da insanlar üçün təhlükəlidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti