Xəzər Xəbər

Qida Təhlükəsizliyi Agentlyinin sədri həkimin həbsinə münasibət bildirdi - VİDEO

Veb TV | 20:35 • 16 Oktyabr 2018
Qida Təhlükəsizliyi Agentlyinin sədri həkimin həbsinə münasibət bildirdi -

Xəbər vediyimiz kimi, Azərbaycanın bölgələrindən Bakıya 2 tondan çox yararsız ətin gətirilməsinə görə Qida Təhlükəsizliyi Agentlyinin bir həkimi və digər beş nəfər saxlanılıb.

Xezerxeber.az-ın məlumatına görə, Agentliyin sədri Qoşqar Təhməzli məsələyə münasibət bildirib.

''Xəzər Xəbər''in suallarını cavablandıran Qoşqar Təhməzli deyib ki, prokurorluq orqanları sözügedən faktla bağlı Agentliyi məlumatlandırıb.

Qoşqar Təhməzli bu kimi pozuntulara qarşı ictimai qınağın olmasını vacib sayıb. Onun sözlərinə görə, həm sahibkarlar, həm də cəmiyyətin digər üzvləri bu pozuntunu törədənlərin cəzalandırılması üçün Agentliklə birgə mübarizə apara bilərlər.

Qoşqar Təhməzli vətəndaşları sosial şəbəkələrdə hər hansı məhsulun keyfiyyətsiz olması ilə bağlı yayılan əsassız xəbərdarlıqlara məhəl qoymamağa və yalnız Agentliyin rəsmi açıqlamalarına inanmağa çağırıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti