Xəzər Xəbər

Apteklərdə içlik vərəqəsi Azərbaycan dilində olmayan dərman satılır - VİDEO

Cəmiyyət | 14:30 • 16 Oktyabr 2018
Apteklərdə içlik vərəqəsi Azərbaycan dilində olmayan dərman satılır -
Apteklərdə içlik vərəqələri Azərbaycan dilində olmayan dərman preparatları satılır. 


Xezerxeber.az məlumat verir ki, Ukrayna istehsalı olan "Zentel" dərmanının içlik vərəqəsində Azərbaycan dilində məlumat yoxdur. Amma buna baxmayaraq, həmin dərman apteklərdə mövcuddur. Dərmanın içərisində istifadə qaydaları ilə bağlı yalnız rus və ukrayna dillərində məlumat var. Başqa bir maraqlı nüans ondan ibarətdir ki, həmin dərmanın üzərində Səhiyyə Nazirliyinin holoqramı yer alır. Odur ki, Azərbaycan dilində içlik vərəqəsi olmadan dərmanın üzərində Səhyyə Nazirliyinin holoqramının yer alması və bunun bazara necə çıxması sual doğurur...  


Xezerxeber.az mövzu ilə bağlı sosial şəbəkələrdə yayılan görüntünü təqdim edir:



Xəbər lenti