Xəzər Xəbər

Yumurtaya təlabat 5-6 dəfə çoxalıb Qıtlığa səbəb bu imiş

Gündəm | 14:22 • 16 Oktyabr 2018
Yumurtaya təlabat 5-6 dəfə çoxalıb
Azərbaycan Quşçular Cəmiyyəti ölkədə yumurta qıtlığının olması barədə deyilənlərə münasibət bildirib

"Hazırda Azərbaycanda yumurtaya təlabat digər vaxtlarla müqayisədə 5-6 dəfə çoxdur".

Bunu Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev ölkədə yumurta qıtlığının olması barədə deyilənlərə münasibət bildirərkən deyib.

"Tələbatın kəskin artması mövsümi xarakter daşıyır. Bu kimi hallar ildə 2 dəfə olur. Ara-sıra həm yumurtaya, həm də quş ətinə kəskin tələbat yaranır. İstehsal həcmi isə eyni dəviyyədə qalıb. Hazırda onun artırılması istiqamətində iş aparılır", - deyə Cəmiyyətin sədri qeyd edib. (Report)

Xəbər lenti