Xəzər Xəbər

3 ildir ağzında daş gəzdirən itin bu əməli insanı kövrəldir – VİDEO

Veb TV | 14:00 • 16 Oktyabr 2018
3 ildir ağzında daş gəzdirən itin bu əməli insanı kövrəldir –

Türkiyədə baş verən hadisə eşidənləri kövrəldir.


BAKU.WS xəbər verir ki, Kocaeli Universitetinin həyətində bir it hər kəsin diqqətini çəkib. Onun ağzında daş saxlaması və onu yerə atmaması marağa səbəb olub.


Universitetin tələbələri nə qədər çalışsalar da, həmin daşı itin ağzından ala bilməyiblər. Tələbələr itin sahibi ilə əlaqə saxlayıblar. Məlum olub ki, həmin heyvan 3 ildir bir daş parçasını balası kimi qoruyur.


Heyvan yemək yeyərkən belə daşı ağzından yerə atmır. Bu səbəbdən də, daş onun ağzını yaralayıb.


İtin bu sirli davranışının tarixçəsi 3 il əvvələ təsadüf edir.



Belə ki, it balalarını itirdikdən sonra meylini küçüklərinin yanında öldüyü daş parçasına salıb. Həmin daş parçasını özü ilə gəzdirən it, bəlkə də balalarının iyini ondan duyduğu üçün belə edir.


Cavid Babayev
BAKU.WS


Xəbər lenti