Xəzər Xəbər

Hindistan xaricdən aldığı neftin dəyərini rupi ilə ödəmək istəyir

Dünya | 13:46 • 16 Oktyabr 2018
Hindistan xaricdən aldığı neftin dəyərini rupi ilə ödəmək istəyir

Hindistan dünya bazarında xam neftin qiymətinin qalxmasından narahatdır.


AZƏRTAC Hindistan KİV-lərinə istinadla xəbər verir ki, baş nazir Narendra Modi neft hasil edən ölkələrin müvafiq dövlət rəsmilərinin, yerli və xarici şirkətlərin rəhbərlərinin iştirak etdikləri enerji forumunda neftin qiymətlərinin ödənilməsində yeni metodlar axtardıqlarını deyib.


Bildirilir ki, son bir neçə Hindistan valyutası rupinin 14,5 faiz dəyər itirməsi nəticəsində ölkəyə idxal olunan neftin qiyməti daha da yüksək olub.


Hindistanın neft naziri Dharmendra Pradxan son bir ildə dünya bazarında neftin qiymətinin ABŞ dolları ilə 50 faiz, Hindistan rupisi ilə isə 70 faiz qalxmasının ölkə üçün əlavə maliyyə çətinlikləri yaratdığını bəyan edib. Hökumət xaricdən aldığı xam neftin müəyyən hissəsinin dəyərini rupi ilə ödəmək istəyir.

Xəbər lenti