Xəzər Xəbər

Bolqarıstan “Eurovison” mahnı müsabiqəsində iştirak etməyəcək

Şou Biznes | 19:59 • 15 Oktyabr 2018
Bolqarıstan “Eurovison” mahnı müsabiqəsində iştirak etməyəcək

Bolqarıstanın BNT milli televiziya kanalının məlumatına əsasən, ölkə Təl-Əvivdə keçiriləcək "Eurovision-2019” mahnı müsabiqəsində iştirak etməyəcək. Əsas səbəb kimi maliyyə çətinlikləri göstərilir. Məlumatda bildirilir ki, televiziya kanalının rəhbərliyi xərcləri azaltmaq üçün bu addımı atıb.


Xatırladaq ki, Bolqarıstan 2005-ci ildən müsabiqədə iştirak edir. 2017-ci ildə Bolqarıstan təmsilçisi Kristian Kostov ikinci yeri qazanıb. (AZƏRTAC)

Xəbər lenti