Xəzər Xəbər

Badamdarda evlərin hasarlarının 30 metri uçaraq sürüşmə kütləsi üzərinə tökülüb

Cəmiyyət | 18:32 • 15 Oktyabr 2018
Badamdarda evlərin hasarlarının 30 metri uçaraq sürüşmə kütləsi üzərinə tökülüb

Bakının Səbail rayonunda Badamdar şosesindəki sürüşmə ərazisinin üst hissəsindəki evlərin hasarlarının təxminən 30 metr hissəsi uçaraq sürüşmə kütləsi üzərinə tökülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, saat 18:00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə gərginlik qalmaqdadır.

Bildirilir ki, sürüşmə sahəsi üzərində asılı qalmış süxurların xırda hissələrinin yamaca doğru hərəkəti mütəmadi olaraq davam edir. Ərazinin üst hissəsindəki evlərin hasarlarının təxminən 30 metr hissəsi ucaraq sürüşmə kütləsi üzərinə tökülüb. Həmin hasarın digər hissəsində eni 30 sm olan aralanma baş verib.

Xəbər lenti