Xəzər Xəbər

Bakıda mobil operatorlara məxsus stansiyalardan oğurluq edilib - VİDEO

Veb TV | 20:08 • 15 Oktyabr 2018
Bakıda mobil operatorlara məxsus stansiyalardan oğurluq edilib -

Bakıda mobil operatorlara məxsus baza stansiyalarından oğurluq edilib.

Xezerxeber.az bildirir ki, paytaxtın Nizami rayonu ərazisində "Azərconnet" MMC-yə məxsus baza stansiyalarından hər birinin dəyəri 450 manat olan 12 ədəd akkumulyatorun oğurlanması barədə 25-ci Polis Şöbəsinə şikayət daxil olub. Şöbə əməkdaşları tərəfindən "isti izlər"lə həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində həmin oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri - Xəyal Zeynalov və Rasif Hüseynov saxlanılıblar.

Həyata keçirilən əlavə əməliyyat tədbirləri nəticəsində onların müxtəlif vaxtlarda Qaradağ və Xətai rayonlarında yerləşən mobil operatorlara məxsus stansiyalardan da akkumulyatorlar oğurladıqları məlum olub. Araşdırma zamanı həmin şəxslərin oğurladıqları əşyaları Nərimanov rayonunda yerləşən əlvan metal qəbulu məntəqələrinə satdıqları müəyyən edilib.

İstintaq zamanı həmçinin o da məlum olub ki, Rasif Hüseynov 3 ilə yaxındır qeyd edilən şirkətlə əməkdaşlıq edir. Bu səbəbdən o, baza stansiyalarının yerini əvvəlcədən bilib. Oğurluq hadisələri zamanı isə akkumlyatorlar Xəyal Zeynalova məxsus yük maşını ilə daşınaraq əlvan metal qəbulu məntəqələrinə satılıb.

Qeyd edilən faktla bağlı toplanan material Nizami Rayon Polis İdarəsinə göndərilib, araşdırmalar davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti