Xəzər Xəbər

London və Budapeştdə havanın çirklənmə səviyyəsi eynidir

Dünya | 17:16 • 15 Oktyabr 2018
London və Budapeştdə havanın çirklənmə səviyyəsi eynidir

Budapeştdə səs-küydən uzaq parkda gəzişməkdən və skamyalarda oturub dincini almaqdan yaxşı heç nə yoxdur! Amma digər tərəfdən, məlumatlar göstərir ki, bu cür istirahət insanların sağlamlığına ziyan vurur. Havanın çirklənmə səviyyəsi güclü olduğuna görə Budapeşt küçələrində birgünlük gəzinti 3 siqareti çəkməyə bərabərdir.


Avropa Nəqliyyat və Ətraf Mühit Federasiyasının son tədqiqatlarının nəticələrinə görə, havanın çirklənməsinin sağlamlığa vurduğu ziyan siqaretçəkmənin sağlamlığa təsiri ilə müqayisə oluna bilər. AZƏRTAC xəbər verir ki, tədqiqat Avropanın ən populyar şəhərlərində istirahət edən turistlərin üzləşdikləri risklər barədə onları məlumatlandırmaq məqsədi daşıyıb.


Avropa şəhərləri arasında paralel havanın çirklənməsinin ən yayılmış göstəricisi olan xırda hissəciklərin (PM2.5) miqdarı əsasında aparılıb.


Tədqiqatın nəticələrinə görə, turistlərin London və Budapeşt küçələrində sadəcə bir gün gəzişməsi 3 siqaret, Parisdə 2 siqaret, Praqada 4 siqaretçəkməyə bərabərdir.


Havanın keyfiyyəti və dizel yanacağı üzrə qrupun əlaqələndiricisi Cins Müller bildirir ki, "çirklənmə güclü olanda, tustlərə küçədə yeməməyi və idmanla məşğul olmamağı tövsiyə edirlər. Amma turizmin də ləzzəti elə gəldiyin şəhərin küçələrində gəzişməkdə və restoranların terraslarında oturub dadlı təamlar yeməkdədir. Amma belə çıxır, turistlər, xüsusən də uşaqlar ətraf mühitin onların sağlamlığına təsiri nöqteyi-nəzərindən az və çox dərəcədə çirkli hava udurlar”.


C.Müllerin sözlərinə görə, əslində havanın faktiki çirklənmə səviyyəsi tədqiqatda göstəriləndən çox ola bilər. Belə ki, xoşagəlməz rəqəmləri ört-basdır etmək istəyən hakimiyyət orqanları monitorinq vasitələrini havanın daha təmiz olduğu parklarda yerləşdirirlər.


Macarıstanda havanın çirklənmə səviyyəsi böhranlı həddədir. Bu səbəbdən ölkə ciddi problemlər və milyardlarla avro məbləğində cərimələrlə üzləşə bilər. Avropa Komissiyası razılaşdırılmış standartlara riayət etməyən altı üzv dövlət barəsində qaydaları pozmaq prosedurunu işə salmaq niyyətindərir. (AZƏRTAC)

Xəbər lenti