Xəzər Xəbər

Slovakiya millisinin baş məşqçisi istefa verib

İdman | 16:15 • 15 Oktyabr 2018
Slovakiya millisinin baş məşqçisi istefa verib

Futbol üzrə Slovakiya milli komandasının baş məşqçisi Yan Kozak istefa verib.


Xezerxeber.az xəbər verir ki, bu barədə Slovakiya Futbol İttifaqının mətbuat xidməti məlumat yayıb.


Slovakiya millisi Millətlər Liqasının növbəti turunda öz meydanında Çexiya komandasına məğlub olub - 1:2. İki turdan sonra komandanın aktivində xal yoxdur.


Oktyabrın 16-da Stokholmda İsveç yığmasına qarşı keçiriləcək yoldaşlıq oyununa Slovakiya komandasını 64 yaşlı mütəxəssisin köməkçisi kimi çalışan Stefan Tarkoviç çıxaracaq.


Qeyd edək ki, Kozak 2013-cü ilin iyulundan Slovakiya milli komandasını çalışdırıb.

Xəbər lenti