Xəzər Xəbər

”Ət yeməkdən imtina etsəniz..." Mütəxəssislərdən xəbərdarlıq

Cəmiyyət | 15:31 • 15 Oktyabr 2018
”Ət yeməkdən imtina etsəniz..."
Sağlamlığınız üçün çox ciddi və gözəl bir addım ola bilər

ABŞ-lı elm adamlarının açıqlamasına görə, davamlı həyat şəraitinin təmin olunması üçün ət istehlakını dayandıraraq bitkilərlə qidalanmaq vacibdir.

Oksford Universitetinin mütəxəssisləri apardıqları araşdırma nəticəsində ətlə qidalanan birinin vegeteryan olduqdan sonra neçə kilo itirdiyini ortaya qoyublar. Nəticədə ətdən imtina edən iştirakçıların orta hesabla 4,5 kiloqram çəki itirdiyi məlum olub.

Dünya Səhiyyə Təşkilatının yaydığı hesabata əsasən işlənmiş ət məhsullarını yemək kanserogen təsir yaradır. Bu qidaların istehlakını dayandırmaq sağlamlığınız üçün çox ciddi və gözəl bir addım ola bilər. Belə ki, işlənmiş ət məhsullarını yemək siqaret çəkməklə eyni kateqoriyada qiymətləndirilir.

Qeyd edək ki, qırmızı ət yeməyin ürək xəstəlikləri ilə də əlaqəsi var. ABŞ-dakı Lerner Tədqiqat İnstitutunun araşdırmasına görə, ətin tərkibindəki "karnitin” ürək xəstəliklərinə səbəb ola bilər. (moderator.az)

Xəbər lenti