Xəzər Xəbər

Mettis istefaya göndəriləcək? Tramp AÇIQLADI

Dünya | 15:14 • 15 Oktyabr 2018
Mettis istefaya göndəriləcək?

ABŞ Prezidenti Donald Tramp müdafiə naziri Ceyms Mettislə ziddiyyətlər barədə danışıb.

XəzərXəbər Teleqraf.com-a istinadən xəbər verir ki, Tramp Mettisin istefaya gedəcəyini istisna etməyib.

Müdafiə nazirinin vəzifəsindən getmək niyyətinin olub-olmaması barədə suala Donald Tramp belə cavab verib: "Mən bu barədə bilmirəm, o, mənə deməyib".

Bununla yanaşı, prezident əlavə edib ki, Mettislə münasibətləri əladır.

"Lakin ola bilsin, istefaya getsin", - deyə Tramp bildirib.

Xəbər lenti