Xəzər Xəbər

Donbasda yeni müharibə olacaq? – Tramp HƏR ŞEYİ DANIŞDI

Dünya | 15:07 • 15 Oktyabr 2018
Donbasda yeni müharibə olacaq?

ABŞ prezidenti Donald Tramp ölkəsinin Ukraynaya hücum silahları çatdırdığını etiraf edərək Donbasda münaqişənin yeni mərhələsinə hazırlığı ağzından qaçırıb.

Prezident bu haqda "CBS News” telekanalına müsahibəsində bildirib.

Tramp Rusiya prezidenti Vladimir Putinə qarşı sərt olmadığı barədə iddiaya etiraz edib.

"Məhz mən Ukraynaya hücum silahları, tank əleyhinə sistemləri ("Javelin” tank əleyhinə sistemləri nəzərdə tutur –red.) çatdırdım. Mənim sələfim belə addıma getmədi”, - Amerika lideri deyib.

Daha əvvəl ABŞ və Ukraynada iddia edirdilər ki, Kiyev Qərbdən xüsusi müdafiə xarakterli silahlar alır. Trampın bugünkü bəyanatı isə bu iddianın əksini iddia edən birinci rəsmi bəyanat oldu./publika.az

Xəbər lenti