Xəzər Xəbər

Həkim xəbərdarlığı: “Qızılca deyib keçməyin…” - 35 nəfər ölüb

Hadisə | 14:48 • 15 Oktyabr 2018
Həkim xəbərdarlığı:

Qızılca hava-damcı yolu ilə yoluxan infeksion xəstəlikdir. Yoluxdurucluq qabiliyyəti o qədər yüksəkdir ki,bir qızılcalı xəstə otaq və binada asqırıb-öskürərsə, içəridəkilərin onda doqquzu bu xəstəliyə tutulacaq.

Bu sözləri Teleqraf.com-a pediatr Ülvi Əliyev deyib.

Pediatrın sözlərinə görə, qızılcanın ilk əlaməti coryza deyilən zökəm, gözlərdə qızarma, cüzi qızdırma və ağız içindəki "darı dənəsi"ni xatırladan ləkələrdir. Ardınca başdan başlayaraq mərhələli şəkildə bədənə səpkilər düşür.

Həkim deyib ki, törədicisi virus olduğu üçün qızılcanın müalicəsi yoxdur, maye qəbulunu artırmaq, A vitamini və qızdırmasalan dərmanlar içmək olar: "Xəstəliyin özü qorxulu deyil, amma ən təhlükəli ağırlaşması tükürpərdici SSPE-dir (yarımkəskin sklerotik panensefalit). Bu xəstəlik həyat enerjisi ilə dolu bir uşağı yatağa salıb, ömürlük iflic edəbiləcək məkrə sahibdir.

Son illər peyvənd əleyhinə başlanan kampaniyalarda ən çox belə əsassız fikir səslənir ki, guya qızılca-parotit-məxmərək peyvəndi autizm yaradır. Bu isə valideynlərin bu peyvənddən də imtinasına gətirib çıxarıb.

Bu səbəbdən də Avropada 2017-ci ildə qızılca epidemiyaları artıb. Ruminiyada 5500, Italiyada 5000, Ukraynada 4700 qızılca aşkarlanıb və 35 ölüm halı baş verib. Ona görə də uşağınızın sağlamlığını təhlükəyə atmayın”.

Xəbər lenti