Türkiyənin paytaxtı Ankarada İran səfirliyinin binası təxliyə edilib.
Trend-in məlumatına görə, buna terror təhdidi səbəb olub.
Qeyd olunur ki, səfirliyə intiharçı terrorçu tərəfindən hücum ediləcəyi barədə anonim zəng olunub. Səfirlik qarşısında təhlükəsizlik tədbirləri gücləndirilib.
Ətraf küçələr bağlanıb.