Xəzər Xəbər

Oğlandan sevgilisinə qarşı BİABIRÇI HƏRƏKƏT: hamının gözü qarşısında... - FOTO

Hadisə | 14:33 • 15 Oktyabr 2018
Oğlandan sevgilisinə qarşı BİABIRÇI HƏRƏKƏT:

Bakıda sevgilisi tərəfindən vəhşicəsinə döyülən qadın hüquq-mühafizə orqanlarına müraciət edib.

Suraxanı rayonunda qeydiyyatda olan 31 yaşlı Aytən Nurullayeva (ad şərtidir) Binə Ticarət Mərkəzində qeyri-rəsmi nikahda yaşadığı 1992-ci il təvəllüdlü Rüstəmov Xəzər Yaşar oğlu tərəfindən insanların gözü qarşısında döyüldüyünü bildirib.

Şikayətçinin sözlərinə görə, təxminnə 3 ay əvvəl iş yoldaşı olan qadının oğlu Xəzər Rüstəmovla tanış olub və aralarında isti münasibətlər yaranıb. Bundan sonra həmin şəxs A.Nurullayevanın etibarından sui-istifadə edərək ona məxsus "Mercedes A 160” markalı avtomobili satdıraraq öz adına "Hyundai Accent” markalı başqa avtomobil aldırıb. A.Nurullayeva qeyd edib: "Xəzərin anası mənə elə yaxşı münasibət göstərirdi ki, sonradan başa düşdüm ki, onlar dələduzluqla məşğuldurlar. Mənim maşınımı satdırdılar. Təzə avtomobil alarkən Xəzərin rayon qeydiyyatında olduğu və zamin dura bilməyəcəyi üzə çıxdı. Məni inandırıb təzə maşını onun adına qeydiyyata saldırdılar. Lakin bir müddət sonra o, mənim pulumla alınan və mənə məxsus olan avtomobili qaçırdı. Ticarət mərkəzində ondan maşınımı tələb etdikdə məni vəhşicəsinə döydü, daha sonra ikinci mərtəbənin pilləkənindən yerə atdı. Həmin vaxt ağır xəsarətlər aldım”.

Qeyri-rəsmi nikahda yaşadığı şəxsin əməllərindən şikayətçi olan qadın bildirib ki, onun xəsarətləri ilə bağlı ekspertiza təyin edilib və rəy verilib. Lakin geridə qalan müddətdə Xəzər Rüstəmov məsuliyyətə cəlb edilməyib, həmçinin dələduzluq yolu ilə ələ keçirdiyi avtomobil geri qaytarılmayıb.

Zorakılıla qarşılaşmış qadının şikayəti üzrə 10-cu Polis Bölməsində araşdırma aparılır./publika.az

Rubrikanın digər xəbərləri

Masazırda narkoanbar kimi istifadə olunan ev aşkarlanıb
Masazırda narkoanbar kimi istifadə olunan ev aşkarlanıb həbs edilənlər var
15:42 • 16 Aprel 2024
Masazırda evdən külli miqdarda
Masazırda evdən külli miqdarda OĞURLUQ
10:47 • 16 Aprel 2024
İmişlidə iki nəfəri elektrik cərəyanı vuraraq
İmişlidə iki nəfəri elektrik cərəyanı vuraraq ÖLDÜRDÜ
16:20 • 14 Aprel 2024
Gəncədə yanğın
Gəncədə yanğın ÖLƏN VAR
13:04 • 13 Aprel 2024
Ağdamda mina partlayışı
Ağdamda mina partlayışı YARALANANLAR VAR
15:27 • 12 Aprel 2024
Şəkidə 89 yaşlı piyadanı avtomobil vuraraq
Şəkidə 89 yaşlı piyadanı avtomobil vuraraq ÖLDÜRÜB
08:41 • 12 Aprel 2024

Xəbər lenti