Xəzər Xəbər

Arda Turana daha bir şok

Dünya | 13:12 • 15 Oktyabr 2018
Arda Turana daha bir şok
Məşhur türk futbolçu Arda Turandan təzminat tələb olunur.

Müğənni Berkay Arda Turandan təzminat tələb edir. Bunun səbəbi isə müğənninin bu ay baş tutmalı olan 14 konsertinin səhhətinə görə ləğvidir. Berkay hər konsertdən 70 min lirə gəlir əldə edəcəyini açıqlayıb. Buna görə də o Arda Turandan 1 milyon lirə təzminat tələb edir.

Qeyd edək ki, gecə klublarının birində Arda Turan Berkayın həyat yoldaşına sataşıb, daha sonra aralarında çıxan mübahisə zamanı Berkayın burnunu qırıb. Buna görə də Arda Turanı 3 ildən 11 ilə qədər həbs cəzası alacağı və 1 milyon lirə təzminat ödəyəcəyi gözlənilir./AzNews.az 

Xəbər lenti