Xəzər Xəbər

Roma Papası Şimali Koreyaya getmək istəyir

Dünya | 12:56 • 15 Oktyabr 2018
Roma Papası Şimali Koreyaya getmək istəyir

Roma Katolik Kilsəsinin rəhbəri Fransisk gələn yaz Şimali Koreyanı ziyarət etmək istəyir. 

Bu barədə Yonhap News Cənubi Koreyanın hakim Demokratik Partiyası «Toburo»nun lideri Li Xve Çxana istinadla bildirib.

«Onun məlumatına görə Roma Papası gələn yaz Şimali Koreyanı ziyarət etmək istərdi», - deyə agentlik bildirir.

Bundan əvvəl Cənubi Koreya prezidentinin administrasiyasından vəd verilmişdi ki, Avropa ölkələrinə səfər həyata keçirən Mun Çje İn Roma Papasına KXDR lideri Kim Çen Indan ölkəsinə səfər etməsi üçün dəvətnamə verəcək./faktxəbər

Xəbər lenti