Parisdə polis işçiləri etiraz nümayiş etdirərək, sosial fəlakətləri ilə bağlı həyəcan təbili çalıblar.
Xezerxeber.az xəbər verir ki, Polis İşçiləri Həmkarlar İttifaqının yaydığı məlumata görə, 2017-ci ildə 51, bu ilin əvvəlində isə 48 polis özünə sui-qəsd edib. Bunun səbəbi idarəetmədə bürokratiyanın, iş rejiminin dözülməz, həyat şəraitinin çətin və iyerarxiya təzyiqlərinin olması ilə bağlıdır. Xatırladaq ki, keçən həftə özünə sui-qəsd etmiş polis mayoru Joze Tezan məktub yazaraq iş rejiminin və şəraitinin dözülməz olduğunu, iyerarxiyası tərəfdən təzyiqə və təhqirə məruz qaldığını göstərib. Həmin məktub ölkə mətbuatında dərc olunub.