Xəzər Xəbər

İsmayıllıda evdən 8 kq-a yaxın narkotik tapıldı VİDEO

Veb TV | 19:31 • 25 Sentyabr 2018
İsmayıllıda evdən 8 kq-a yaxın narkotik tapıldı

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, sentyabrın 23-də İsmayıllı RPŞ-nin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Anar Zeynalov saxlanılıb.

Keçirilmiş tədbirlərin davamı olaraq onun rayonun Keşqurt kəndində yaşadığı evə də baxış keçirilib. Oradan çəkisi 4 kq 240 qr olan qurudulmuş marixuana, 4 ədəd narkotik tərkibli çətənə bitkiləri və 12 ədəd ümumi təmiz çəkisi 3 kq 430 qr olan eyniadlı bitkinin hissələri aşkar edilərək götürülüb.

Faktla əlaqədar cinayət işi başlanılıb, istintaq davam etdirilir.

Xəbər lenti

Çox oxunanlar