Xəzər Xəbər

XİN-dən SƏRT REAKSİYA: Ermənistanın Qarabağda təlimləri...

Gündəm | 18:54 • 25 Sentyabr 2018
XİN-dən SƏRT REAKSİYA: Ermənistanın Qarabağda təlimləri...

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın işğal edilmiş ərazilərimizdə hərbi təlimlər keçirməsinə münasibət bildirib.

XİN-in mətbuat xidmətindən XəzərXəbər-ə daxil olan bəyanatda deyilir: "Kütləvi informasiya vasitələrinin verdiyi məlumata əsasən, bu ilin 25-28 sentyabr tarixlərində Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində hərbi aviasiyanın iştirakı ilə hərbi təlimlər keçiriləcək. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində növbəti təxribatçı addımı vəziyyətin daha da gərginləşməsinə və ağır fəsadlara yol aça bilər. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə cari ilin 26 sentyabr tarixində Nyu-Yorkda planlaşdırılan görüşü ərəfəsində Ermənistanın atdığı bu addım həmsədrlərin fəaliyyətinə və ümumiyyətlə münaqişənin həlli üzrə danışıqlar prosesinə xələl gətirmək məqsədini güdür. Bir daha xatırladırıq ki, cəbhə bölgəsində vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür”.

Xəbər lenti