"Liverpul"un "Beşiktaş"a icarəyə verdiyi Loris Karius ötən mövsüm Çempionlar Liqasının finalında kobud səhvlərlə yadda qalmışdı.
Almaniyalı qolkiper oyun zamanı "Real"ın kapitanı Serxio Ramosun ona dirsək zərbəsiendirdiyini və buna görə üzr istəmədiyini bildirib:"Ramosun məni bilərəkdən vurduğunu deyə bilmərəm. Amma o, məndən üzr istməli idi. Ancaq bunu etmədi. Müayinədən keçdim və bu zərbəyə görə görmə qabiliyyətim oyun zamanı xeyli zəifləmişdi. Mən normal şəraitdə o qolları buraxmazdım".
Qeyd edək ki, Ramos ötən il "Liverpul"la finalda Məhəmməd Salahı da zədələmişdi. Misirli ulduz bu səbəbdən oyunu yarımçıq tərk etmişdi.