Xəzər Xəbər

Milyarder və xanımı itkin düşüb - Geyinib-soyunma otağında qan ləkələri var

Dünya | 23:21 • 24 Sentyabr 2018
Milyarder və xanımı itkin düşüb -

Tanınmış milyarder və xanımı itkin düşüb.

Britaniyalı milyarder və taylandlı xanımı 5 gündür ki, axtarışdadır.

64 yaşlı biznesmen Alan Hoqq və 61 yaşlı taylandlı xanımı Nottdan 5 gündür ki xəbər yoxdur.

Əslən Şotlandiyadan olan biznesmenin Taylanddakı evlərinin divarından qan ləkəsi tapılıb. Lakinonlardan hər hansı bir iz yoxdur.

Qan ləkələri onların villasının həyətindəki hovuzda və geyinib-soyunma otağındadır. Polisin dediyinə görə, ləkələri kimsə silməyə çalışıb.

Həmçinin cütlüyün pikap tipli "Ford Ranger" avtomobili də yoxa çıxıb.

Hadisə ilə bağlı qadının qardaşı saxlanılıb. Belə ki, o, evə girib avtomobili oğurlayarkən təhlükəsizlik kamerasına düşüb.

O, külli miqdarda pul ödəməklə sərbəst buraxılıb. Oğlan bildirib ki, cinayətdən xəbərsizdir, o, sadəcə avtomobili oğurlayıb.

Cinayətlə bağlı araşdırmalar davam etdirilir.


Milli.Az

Xəbər lenti