Xəzər Xəbər

O kəndə hücum etdilər, 7 ölü var, evlər yanır...

Dünya | 23:10 • 24 Sentyabr 2018
O kəndə hücum etdilər, 7 ölü var, evlər yanır...
Terror təşkilatı PKK/YPG-nin Suriyada işğal etdiyi ərazilərdə gəncləri zorla terror qruplaşmasına qatma cəhdləri qanlı qarşıdurmaya çevirilib.

Anadolu Agentliyi xəbər verir ki, PKK/YPG-nin işğal etdiyi Rakka rayonunun qərbindəki əl-Hatuniyyə kəndindəki gəncləri zorla terror qruplaşmasına qatma cəhdi də qanlı savaşla nəticələnib.

Əhalisi ərəb olan əl-Hatuniyyə kəndinin sakinləri gəncləri terror təşkilatına təslim etmədikləri üçün, PKK terrorçuları kəndə hücum çəkiblər. Bundan qəzəblənən kənd sakinləri PKK/YPG-nin binasına hücum edərək terrorçulara məxsus 3 avtomobili atəşə veriblər.

Hadisənin böyüməsinin ardından 8 min sakinin yaşadığı kəndə çoxlu sayda PKK/YPG-li terrorçu cəlb edilib. Kəndə hücum edən terrorçular 7 mülki vətəndaşı öldürüblər. Bundan başqa, qadın və uşaqlara işgəncə verən terrorçular, bir neçə evi də yandırıblar. Hazırda kənddə qarşıurma davam edir.

Qeyd edək ki, ABŞ-ın dəstəklədiyi PKK/YPG terrorçuları Suriya torpaqlarının 28 faizini işğal edib.

Xəbər lenti