Xəzər Xəbər

Xəzərdə nəhəng burulğan ŞOK VİDEO

Veb TV | 20:57 • 24 Sentyabr 2018
Xəzərdə nəhəng burulğan

Xəzər dənizində ilk dəfə tornadonun müşahidə edildiyi iddia olunur. Sosial şəbəkələrdə yayılan bir görüntüdə gəmidə olan və Azərbaycan dilində danışan bir şəxs burulğanı çəkir və ondan yan keçdiklərini deyir. Xəzərdə tornado ola bilər mi ? Milli Elmlər Akademiyası və Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu məsələyə münasibət bildiriblər.

Burulğan dənizin ortasından yuxarı qalxır.

Tornadonu xatırladan görüntülərin Xəzər dənizində müşahidə olunduğu iddia edilir.

Hətta görüntüdə danışan şəxs gəmini tornadodan qorumaq üçün istiqaməti dəyişdiklərini də deyir.

Məsələ ilə bağlı Milli Elmər Akademiyasının Coğrafiya İnstitunun direktoru Ramiz Məmmədov "XəzərXəbər”ə bildirdi ki, tornado Xəzər Dənizi üçün xarakterik olmasa da görüntülərdə görünən həqiqətən də tornadodur.

Ramiz Məmmədov bildirir ki, atmosferin çirklənməsi halları artdıqca iqlim dəyişiklikləri və uzun illərdən bəri dəyişməyən qanunauyğunluqlar da sürətlə pozulur. Buna görə akademik yayılan görüntünün Xəzər Dənizində baş vermə ehtimalının olduğunu bildirir.

Məsələ ilə bağlı Ekologiya və Təbii sərvətlər nazirliyinin milli hidrometeorologiya departamentinin direktoru Əkbər Həsənov isə deyib ki, bu təbiət hadisəsi Xəzərin Azərbaycan hissəsi üçün xarakterik deyil. Çünki, bu günə kimi müşahidə olunmayıb. sosial şəbəkələrdə yayılan videonun Xəzər dənizində olub-olmadığını müəyyənləşdirmək üçün araşdırma aparılmalıdır.

Xəbər lenti