Xəzər Xəbər

Poqba Mourinyonun oyun üslubunu tənqid etdi

İdman | 18:02 • 24 Sentyabr 2018
Poqba Mourinyonun oyun üslubunu tənqid etdi

"Mançester Yunayted"in futbolçusu Pol Poqba komansının oyun üslubunu bəyənmir. Bu barədə Britaniya mətbuatı yazıb.

Fransız yarımmüdafiəçi daha çox hücum etmək əvəzinə, müdafiədə oturmağı tənqid edib: "Doğma meydanda oynayan zaman çox hücum etməliyik. Biz hücumda oynamaq üçün burdayıq. Rəqiblər "Mançester Yunayted"in ard-arda belə oynayacağını görəndə qorxacaq. "Velverhempton"la matçda da səhvimiz bu idi. Evimizdə 3 matç oynamışıq və cəmi 4 xal qazanmışıq. Daha bəsdir! Amma bunu mən deməməliyəm. Çünki oyunçuyam. Mənim fikrim budur. Daha çox və daha yaxşı hərəkət etməliyik".

Xəbər lenti