Livan prezidenti: İsrail Yaxın Şərqi parçalamaq istəyir
Dünya
|
17:11 • 24 Sentyabr 2018
Livan prezidenti Mişel Aun bəyan edib ki,
İsrail rejimi Yaxın Şərqi parçalamaq üçün cəhdlər göstərir. Mişel Aun bu barədə Fransanın "Figaro" qəzetinə
müsahibəsində danışıb.
"İsrail Yaxın Şərq regionunu ayrı-ayrı ictimai və konfensional qruplara parçalamağa çalışır",-deyə Livan prezidenti əlavə edib.
Mişel Aun həmçinin qeyd edib ki, hazırda İsrail məhz Livan üçün
təhlükədir, onun suverenliyinə qəsd edir və fələstinlilərin hüquqlarını
pozmaqda davam edir./FaktXəbər