Bu gün saat 14 radələrində 65 saylı marşrut xətti üzrə hərəkət edən avtobusda 5-6 yaşlı oğlan uşağı tapılıb. XəzərXəbər xəbər verir ki, bu barədə "Xaliq Faiqoğlu” MMC məlumat yayıb.
Qeyd
olunub ki, azyaşlı avtobusla hara getməli olduğunu, yaşadığı ünvanı
bilmədiyini deyib. Şirkət əməkdaşları tərəfindən dərhal DİN 102 qaynar
telefon xəttinə və yaxınlıqdakı polis bölməsinə bu barədə məlumat
verilib.
Uşağı tanıyanlardan ailə üzvlərinə məlumat vermələrini xahiş ediilir.