Xəzər Xəbər

Daha 2 BMW avtomobilində yanğın baş verdi 106 mindən çox avtomobil geri çağırıldı

Hadisə | 14:55 • 24 Sentyabr 2018
Daha 2 BMW avtomobilində yanğın baş verdi

Cənubi Koreyada son iki gündə daha 2 BMW avtomobilində yanğın faktı qeydə alınıb.


Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki BMW 5-ci seriyadan dizel yanacağı ilə işləyən avtomobil olub. Hər iki halda insan tələfatı baş verməyib.


Qeyd edək ki, BMW korporasiyası dizel yanacağı ilə işləyən avtomobillərin mühərriklərinin qaz dövriyyəsi sistemindəki qüsurlara görə ötən aydan başlayaraq Cənubi Koreyada 106 mindən çox avtomobilin geri çağırılmasına başlayıb. Buna səbəb 40-a yaxın BMW avtomobilinin mühərrikinin anidən alışıb yanmasıdır. Avqustda Cənubi Koreyada BMW sahibi olan 1226 nəfər baş verən hallardan narahatlıq keçirərək, istehsalçı şirkəti məhkəməyə vermək qərarına gəlib. Onlar maddi və mənəvi ziyana görə hər adama 15 milyon Koreya vonu (təxminın 13,5 min ABŞ dolları) kompensasiya tələb edirlər.

Xəbər lenti