Xəzər Xəbər

Ərəb ölkələrinin xarici işlər nazirləri BMT-nin xüsusi nümayəndəsi ilə görüşüblər

Dünya | 12:27 • 24 Sentyabr 2018
Ərəb ölkələrinin xarici işlər nazirləri BMT-nin xüsusi nümayəndəsi ilə görüşüblər

İordaniyanın, Misirin, Birləşmiş Ərəb Əmirliklərinin, Səudiyyə Ərəbistanının və Bəhreynin xarici işlər nazirləri Nyu-Yorkda BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura ilə görüşüblər.


AZƏRTAC xəbər verir ki, görüşdə XİN başçıları regiondakı müxtəlif böhranların tənzimlənməsində ərəb ölkələrinin birgə rolunun fəallaşdırılmasına dair fikir mübadiləsi aparıblar. Nazirlər S.Mistura ilə, həmçinin Suriyada yaranmış vəziyyəti müzakirə ediblər. Qeyd olunub ki, nazirlər ərəb ölkələrinin maraqları naminə danışıqları və əlaqələndirməni davam etdirməyi qərara alıblar.

Xəbər lenti

Çox oxunanlar