Xəzər Xəbər

Sığorta növləri üzrə yeni sistem tətbiq edilə bilər - VİDEO

Veb TV | 20:14 • 23 Sentyabr 2018
Sığorta növləri üzrə yeni sistem tətbiq edilə bilər -

Azərbaycanda müxtəlif sığorta növləri üzrə yeni sistem tətbiq edilə bilər.

Xezerxeber.az-ın məlumatına görə, söhbət əksər İslam ölkələrində istifadə edilən təkafül sistemindən gedir. Azərbaycan Sığortaçılar Assosiasiyasının İslam bankçılığı üzrə ekspertlərlə görüşündən sonra təkafül sisteminin fərqliliyi diqqət çəkib.

Assosiasiyanın rəhbəri Mustafa Abbasbəyli ənənəvi sığorta sistemi ilə təkafül sisteminin bir-birindən kəskin fərqləndiyini qeyd edib.

Təkafül sistemi isə bir növ sığortalılar üçün sərfəlidir. Belə ki, hansısa bir sığorta hadisəsinin baş verməməsi vətəndaşın xeyrinədir.

Təkafül sisteminin ölkəmizdə tətbiqi ilə bağlı ciddi araşdırmalar aparılacaq. Yeni sistemin tətbiq edilib-edilməyəcəyi araşdırmalardan sonra bilinəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti