Xəzər Xəbər

Tovuzda yol nişanları problemi: piyadalar və sürücülər təhlükədə - VİDEO

Veb TV | 20:22 • 23 Sentyabr 2018
Tovuzda yol nişanları problemi:

Tovuzda piyadaların təhlükəsiz keçidi üçün nəzərdə tutulan yol nişanları işləmir. Bu da yollarda bədbəxt hadisələrin baş verməsinə və sürücülərin cərimələnməsinə səbəb olur. Yollardakı piyada zolaqları da rənglənməyib, bəziləri isə ümumiyyətlə, görünmür.

Xezerxeber.az-ın məlumatına görə, keçid nişanları var, amma işıqlandırma sistemi işləmir. Yolu keçən piyadalar təhlükə ilə üz-üzə qalır.

Tovuzda istər gündüz, istərsə də gecə saatlarında yolu keçmək istəyən piyadalar çətinliklə izləşirlər. Buna səbəb günəş enerjisi ilə işləyən yol nişanlarının işləməməsidir. Yollardakı piyada zolaqları da rənglənməyib, bəziləri isə ümumiyyətlə, görünmür.

Bu yollarda sürət həddini tənzimləyən nişanlar olsa da, sürücülər bunlara məhəl qoymurlar. Bu da baş verə biləcək xoşagəlməz hadisələri qaçılmaz edir.

Sürücülər isə problemin kökünü yol nişanlarının düzgün işləməməsində görürlər.

Rayonda günəş enerjisi ilə işləyən 10-dan çox lövhənin yalnız ikisi işlək vəziyyətdədir. Yol nişanlarına nəzarət edən siqnal idarəsinin Tovuz rayon şöbəsinin rəisi Niyazi Məmmədov "Xəzər Xəbər"ə bildirdi ki, sözügedən lövhələrin platası xarab olduğu üçün onları təmir etmək mümkün deyil. Gərək nişanın özü yenilənsin. Lövhənin üzərindəki köhnəlmiş "Piyada keçidi" yazısının isə dəyişdiriləcəyi bildirildi.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti