Xəzər Xəbər

“Fiberoptikanın atası” 84 yaşında vəfat edib

Dünya | 18:00 • 23 Sentyabr 2018
“Fiberoptikanın atası” 84 yaşında vəfat edib

"Fiberoptikanın atası” hesab olunan professor Çarlz Kao sentyabrın 23-də 84 yaşında Honqkonqda vəfat edib.


Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, fiberoptika sahəsindəki elmi nailiyyətlərinə görə 2009-cu ildə fizika üzrə Nobel mükafatına layiq görülən alimin vəfatı barədə məlumatı Honqkonq mətbuatı yayıb. O, uzun illər Alzeymer xəstəliyindən əziyyət çəkib.


Qeyd edək ki, Çarlz Kao 1933-cü ildə Şanxayda anadan olub. 1948-ci ildə o, ailəsi ilə birlikdə Tayvan adasına, bir il sonra isə Honqkonqa köçüb. Honqkonq, Böyük Britaniya və ABŞ vətəndaşlığına malik olan Çarlz Kao telekommunikasiya sənayesinin inkişafında vacib rol oynayan fiberoptika sahəsində əhəmiyyətli tədqiqatlar aparıb. Alim London Kral Cəmiyyətinin, Kral Mühəndislik Akademiyasının, Çin Elmlər Akademiyasının, Avropa Elm və İncəsənət Akademiyasının və digər elmi qurumların üzvü olub.

Xəbər lenti