Xəzər Xəbər

Bakıdan Masallıya qonaq gələn gənc rayonda yoxa çıxıb - VİDEO

Veb TV | 20:15 • 23 Sentyabr 2018
Bakıdan Masallıya qonaq gələn gənc rayonda yoxa çıxıb -

Bakıdan qonaq gələn gənc oğlan rayonda yoxa çıxıb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Masallıda olub. 23 yaşlı İlkin Əlibəyili paytaxtdan Masallı rayonu, Alışanlı kəndinə bacısı Jalə Əlibəyligilə qonaq gəlib.

Bir gün sonra evdən heç nə demədən çıxan və bir daha geri qayıtmayan İlkin Əlibəylinin ailəsi onun üçün çox narhatdır. 10 gündür ki, ailəsi ondan xəbər ala bilmir. Dayısı Əli Məmmədov deyir ki, İlkin yoxa çıxan gündən qohumlar rayonda onun gedə biləcəyi hər yeri axtarıblar, əlaqə saxlaya biləcəyi hər kəslə də danışblar.

Harda oldugu bilinməyən gəncin dayısı da demək olar ki, hər gün onu axtarır, gördüyü hər kəsə şəklini göstərərək məlumat verir. Dayısı onu da bildirdi ki, uşaq vaxtı keçirdiyi ağır xəstəliklər səbəbindən İlkində psixoloji problem yaranmışdı. Lakin onun itməsinə bunu əsas səbəb kimi göstərmək olmaz.

İtkin düşən İlkin Əlibəylinin yaxınları Daxili İşlər Nazirliyinin 102 xidməti-zəng mərkəzinə müraciət ediblər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti