Xəzər Xəbər

Əsla ayağı ayağın üzərinə qoyub ƏYLƏŞMƏYİN! ÖLƏ BİLƏRSİNİZ

Cəmiyyət | 15:13 • 22 Sentyabr 2018
Əsla ayağı ayağın üzərinə qoyub ƏYLƏŞMƏYİN!

Ayağı ayağın üzərinə qoyub əyləşmək nəinki qanın ürəyə qayıtmasına mane olar, həm də ayaqdakı əsəb tellərinə mənfi təsirlər göstərər.

İnsanlar adətən stulda əyləşən zaman bədən halını dəyişdirmək niyyətilə ayağını o biri ayağının üzərinə qoyarlar. Bu adət bir çox insanlar arasında çox yayılmışdır. Ancaq həkimlərin nəzərinə görə bu cür əyləşmək sağlamlığa mənfi təsir göstərər.

Onların nəzərinə görə ən ideal əyləşmək növü – hər iki ayağın bir-birinin yanında qərar tutmasıdır. Həkimlərin nəzərinə görə, ayağı ayağın üzərinə qoymaq bel və boyun nahiyəsində ağrıların meydana gəlməsinə səbəb olar. Çünki bu cür əyləşən zaman ən çox təzyiq çanaq sümüyünə düşür. Nəticədə bel sümüklərindən biri fırlanmağa məcbur olur. Həmin sümük ağırlıqda yardım etmədiyinə görə təzyiq daha çox belə və boğaza düşür.

İnsan hər nə qədər bu cür uzun əyləşərsə, təzyiq daha çox olar. Ona görə də bir çoxlarında bel yırtıqlarının əmələ gəlməsinin səbəblərindən biri də uzun zaman bu cür əyləşməkdir.

Həkimlərin nəzərinə görə, bu cür əyləşən insanların ayaq damarları hörümçək toru kimi büruzə verməyə başlayar. Bu ehtimal qadınlarda 55, kişilərdə isə 45%-dir.

Ayağı ayağın üzərinə qoymaq qanın ürəyə qayıtmasına maneçilik yaradar. Nəticədə, ayaq damarları zərər görər və zəifləyər. Qan ayaq damarlarında toplanar və hörümçək toruna bənzər hala gələr.

Mütəxəssislər bu fikirdədir ki, ayağı ayağın üzərinə qoymaq qan təzyiqinin müvəqqəti qalxmasına səbəb olar. Çünki ürəyə qayıtmalı olan qan bu cür əyləşmək nəticəsində böyük təzyiqlə geri qayıdar. İnsanın qan təzyiqi qalxar ki, bu yolla qanı ürəyə qaytara bilsin.

İnsan belə vəziyyətdə qan təzyiqinin qalxmasını hiss etmədiyinə görə əyləşməyə davam edər. Uzun zaman belə əyləşmək sağlamlığı təhlükə altına alar. Nəticədə, qan ayaqlarda laxtalanar və damarların iltihabına səbəb olar.

Ona görə də həkimlər deyir ki, bu vəziyyətdə əyləşməyi sevən insanlar gərək 10-15 dəqiqədən çox belə əyləşməsinlər. Ayaqları aşağı salıb, bir qədər yol getsinlər.

Ayağı ayağın üzərinə qoymaq ürəyə ziyan vurduğu kimi, ayaqdakı əsəb tellərinə də ziyan vurur. Nəticədə, əsəb telləri müvəqqəti olaraq iflic və hissiz olur. Həmin hal əsəb tellərinə ziyan vurar. Bu cür əyləşmək onurga lardozuna da səbəb ola bilir.(saglamolun.az)

Rubrikanın digər xəbərləri

Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024

Xəbər lenti