Xəzər Xəbər

Qadınlarda xərçəngi erkən aşkarlamağın yolları

Cəmiyyət | 22:27 • 21 Sentyabr 2018
Qadınlarda xərçəngi erkən aşkarlamağın yolları

Zəmanəmizin ən qorxulu xəstəliklərindən biri də xərçəngdir. İnsanlara xərçəng diaqnozu qoyulduqda onlar buna ölüm fərmanı kimi yanaşırlar. Lakin bilmək lazımdır ki, erkən aşkarlanmış onkoloji xəstəliklər çox vaxt tam müalicə olunur. Xüsusilə qadınlar üçün bu mövzu daha çox aktualdır. Sadəcə vaxtında müayinə olunmaq lazımdır.


AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Tibb Universitetinin (ATU) Şüa diaqnostikasi və terapiyası kafedrasının əməkdaşı, radioloq, Günel Qəmbərova orta yaşlı qadınlara mütəmadi olaraq mammoqrafiya müayinəsindən keçməyi məsləhət görür.


G.Qəmbərova bildirib ki, mammoqrafiya müayinəsi daha erkən mərhələlərdə süd vəzi xərçəngini aşkarlamağa imkan verir: "Bəzi qadınlar müayinə zamanı radiasiya təsirinə məruz qalmaqdan narahat olurlar. Qeyd edək ki, çağdaş mammoqrafiya yalnız standart döş qəfəsi rentgen müayinəsindən 0.06 qr aşağı dozada ekspozisiya verir. Bu, insanın üç saatlıq təyyarə uçuşu zamanı aldığı şüaya bərabərdir. Yəni, bu dozanın insan orqanizminə ziyanı yoxdur”.


Mütəxəssis ATU-nun Tədris Terapevtik Klinikasında müasir standartlara cavab verən, rəqəmsal mammoqrafiya cihazı ilə bütün növ prosedurların icra olunduğunu bildirir və bütün xanımlara müraciət edərək vaxtında müayinə olunmağı məsləhət görür.


Qeyd edək ki, artıq Dünya Səhiyyə Təşkilatı, Amerika Tibb Assosiasiyası, Mama-ginekoloqların Amerika Konqresi, Avropa və Amerika Radioloqlar Assosiasiyası, Onkoloji Cəmiyyət, Milli Onkologiya Şəbəkəsi mammoqrafiya müayinəsinin süd vəzi xəstəliklərinin erkən aşkarlanmasında qızıl standart üsul olduğunu israrla vurğulayırlar.

Xəbər lenti