Xəzər Xəbər

Moskvadan Vaşinqtona çağırış: Artıq əsl müharibəyə başlamaq vaxtıdır

Dünya | 16:02 • 21 Sentyabr 2018
Moskvadan Vaşinqtona çağırış:

Rusiya XİN: ABŞ-ın ekstremist tərəfdarları ilə əlaqəsinin çoxdan kəsilməsi lazımdır

Rusiya Xarici İşlər Nazirliyi (XİN) ABŞ-a müraciət edib. XİN-in rəsmi bəyanatında rəsmi Vaşinqtona müraciət olunur ki, terrorçularla "eşqbazlıq" etməyi buraxıb onlara qarşı əsl müharibəyə başlasınlar.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, rəsmi Moskva terrorla mübarizə məsələsində Vaşinqtonla əməkdaşlığı dərinləşdirməyə hazır olduğu bəyan edib. "ABŞ-ın ekstremist tərəfdarları ilə əlaqəsinin çoxdan kəsilməsi lazımdır və bu əlaqənin qırılmaması səbəbindən bir çox terror cəhdlərinin qarşısı alına bilməyib"— deyə Rusiya XİN vurğulayıb.

Xəbər lenti