Xəzər Xəbər

Azərbaycanda ən çox bu hadisələr Abşeron yarımadasında qeydə alınır - Umayra Tağıyeva

Cəmiyyət | 15:37 • 21 Sentyabr 2018
Azərbaycanda ən çox bu hadisələr Abşeron yarımadasında qeydə alınır -

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 168 nömrəli Qaynar xəttinə toz-dumanlı hava ilə bağlı müraciətlər olur.


Bu barədə ETSN-də keçirilən mətbuat konfransında nazirliyin ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva deyib.


O, bildirib ki, bu mövzuda ayrı-ayrı insanlar öz fərziyyələrini səsləndirirlər: "Əlbəttə, hər bir insanın öz fikrini söyləmək hüququ var, lakin elmi əsaslara söykənən mütəxəssis rəyi məsələyə aydınlıq gətirə bilər. Buna görə də toz-dumanın səbəblərini araşdıranda yanaşmalar obyektiv olmalıdır. İlk növbədə Abşeronun yarımsəhra landşaft şəraiti, torpaq-bitki örtüyü və arid, quraq iqlim şəraiti nəzərə alınmalıdır".


U.Tağıyeva deyib ki, bu prosesə bir neçə amil səbəb ola bilər: "Bu həm regionda, yəni qonşu ölkələrdə olan meteoroloji-sinoptik şəraitlə bağlı ola bilər, həm də yerli, lokal xarakter daşıya bilər. Təbii proseslər zamanı ölkə ərazisinə səhralardan hava axınları ilə tozun daxil olması müşahidə edilir. Bu proseslər adətən quraq keçən ilin isti dövrü üçün səciyyəvidir. Orta Asiyada, Türkmənistanda, ya da İranda, İraqda, Suriyada güclü toz burulğanları müşahidə olunduqda toz-duman orta troposferdə davamlı olaraq şərq, cənub-şərq və cənub axınları ilə Azərbaycana daxil olur.

Burada söhbət yer səthində müşahidə olunan küləyin istiqaməti və sürətindən getmir, orta troposferdə hava axınlarının istiqaməti və sürəti yer səthində olan küləklərin istiqamətindən fərqli ola bilər.

Mütəxəssislərimiz bu prosesləri vizuallaşan peyk sistemi vasitəsi ilə izləyərək səbəbləri açıqlayırlar. Azərbaycanda ən çox bu hadisələr Abşeron yarımadasında qeydə alınır və maraqlı bir fakt ondan ibarətdir ki, görünüşün pisləşməsi birinci açıq dənizdə yerləşən Neft Daşları hidrometeoroloji stansiyamızda, sonra isə quruda yerləşən stansiyalarda qeydə alınır.


Təbii toz-duman proseslərindən fərqli olaraq antropogen səbəblərdən yaranan hadisələrin əhatəsi daha lokal olur, yerli xarakter daşıyır. Çirklənmə mənbəyinə yaxın olan ərazilərdə tozların təsir dairəsi daha çox olur".


Mütəxəssis bildirib ki, hazırda yerli toz-duman hadisələri insan fəaliyyəti nəticəsində həm tikinti, həm də daş karxanalarının fəaliyyətləri zamanı ekoloji və tikinti qaydalarının pozulması nəticəsində baş verir". (Trend)

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024

Xəbər lenti