Xəzər Xəbər

Ali məktəblərə qəbul olanların 99 faizi qeydiyyatdan keçib

Cəmiyyət | 13:53 • 21 Sentyabr 2018
Ali məktəblərə qəbul olanların 99 faizi qeydiyyatdan keçib

Bu il ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin 99 faizi qeydiyyatdan keçib.


Xezerxeber.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə sentyabrın 21-də jurnalistlərə açıqlamasında bildirib.


Əvvəllər ali məktəbə qəbul olunan abituriyentlərin təxminən 12-13 faizinin qeydiyyatdan keçmədiyini vurğulayan M.Abbaszadə deyib: "Bu il isə bu göstərici çox az oldu. Sentyabrın 15-dən sonra qeydiyyatdan keçməyən abituriyentlər tərəfindən müraciətlər daxil oldu. Biz onlara fərdi şəkildə baxdıq. Ali məktəbə qəbul olunan, amma ali təhsil müəssisəsində qeydiyyatdan keçməyən abituriyent sentyabrın 15-də tədris ocağına gəlib. Bu hallara da fərdi yanaşıldı. Elə hallar da olub ki, abituriyentin təhsil haqqı köçürülüb, amma o qeydiyyatdan keçməyib. Bunları nəzərə alaraq belə tələbələrlə bağlı əmrləri ali məktəblərə göndərdik”.

Rubrikanın digər xəbərləri

Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
362 | 12:52 • 23 Aprel 2024
Sosial yardımların ödəniləcəyi tarix
Sosial yardımların ödəniləcəyi tarix AÇIQLANDI
11:11 • 23 Aprel 2024
Bəzi bölgələrə yağış
Bəzi bölgələrə yağış FAKTİKİ HAVA
09:20 • 23 Aprel 2024
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI FAKTİKİ HAVA
15:05 • 22 Aprel 2024

Xəbər lenti