Xəzər Xəbər

Rza Zərrabın Nyu-Yorkda lüks həyatı ortaya çıxdı Oteldə başqa adla yaşayır

Şou Biznes | 13:26 • 21 Sentyabr 2018
Rza Zərrabın Nyu-Yorkda lüks həyatı ortaya çıxdı

Əslən azərbaycanlı olan Türkiyə vətəndaşı Rza Zərrabın Nyu-York şəhərində lüks şəraitdə yaşadığı ortaya çıxıb.

"Hürriyyət” nəşri xəbər verir ki, Rza Zərrab ötən həftə görüntüləndiyi "Nobu” restoranının qarşısındakı "Four Seasons Downtown” otelinə daxil olarkən görüntülənib.

İş adamının fotolarını "Hürriyyət”in müxbiri Razi Canikligil çəkib. Oteldə başqa bir adla yaşadığı bildirilən Zərrab "Hürriyət” müxbirini gördükdən sonra tez otelə qaçıb.

Zərrabın xüsusi mühafizəçilər və Federal Təhqiqatlar Bürosunun agentləri tərəfindən qorunmaması diqqət çəkib.

Qeyd edək ki, 2016-cı ilin martında İrana qarşı tətbiq olunan sanksiya qərarını pozmaqda ittiham olunaraq ABŞ-da həbs olunan Rza Zərrab məhkəmədə etirafçı olduqdan sonra azad edilib./publika.az

Xəbər lenti