Xəzər Xəbər

Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsi 666,8 milyon dollar olub

İqtisadiyyat | 23:56 • 20 Sentyabr 2018
Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsi 666,8 milyon dollar olub

Cari ilin yanvar-avqust aylarında Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsi 666,8 milyon dollar olub.


AZƏRTAC Gürcüstan Milli Statistika Xidmətinə istinadla xəbər verir ki, bu göstərici ilə Azərbaycan qonşu ölkənin xarici ticarət tərəfdaşları sırasında 4-cü yerdədir.


Gürcüstan yanvar-avqust aylarında ən çox Azərbaycandan mal idxal edib (367,9 milyon dollar). İxracat isə 298,9 milyon dollar olub.


Gürcüstanın xarici ticarət tərəfdaşları sırasında birinci yerdə 1,1 milyard dollarla Türkiyə, ikinci yerdə 879,8 milyon dollarla Rusiya, üçüncü yerdə isə 727,3 milyon dollarla Çin qərarlaşıb.


Ümumilikdə isə cari ilin yanvar-avqust aylarında Gürcüstanın xarici ticarət dövriyyəsi 2017-ci ilin eyni dövrü ilə müqayisədə 22,6 faiz artaraq 8,1 milyard ABŞ doları təşkil edib.


Hesabat dövründə ölkənin ixracatı 27,1 faiz artaraq 2,1 milyard dollar, idxalatı isə 21 faiz artaraq 6 milyard dollar olub. Ticarət dövriyyəsində mənfi saldo 3,3 milyard dollar təşkil edib.


Cari ilin 8 ayında Gürcüstan ən çox mis filiz və konsentrat ixrac edib (319,1 milyon dollar).


Hesabat dövründə ən çox neft və neft məhsulları idxal olunub (576,9 milyon dollar).

Xəbər lenti