Xəzər Xəbər

Ali Rada MSK-nın 13 üzvünü vəzifədən kənarlaşdırıb

Dünya | 23:34 • 20 Sentyabr 2018
Ali Rada MSK-nın 13 üzvünü vəzifədən kənarlaşdırıb

Ukraynanın Ali Radası Mərkəzi Seçki Komissiyasının 15 üzvündən 13-nü vəzifəsindən kənarlaşdırıb.


Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, deputatlardan 278-i bu qərarın lehinə səs verib. Vəzifəsindən kənarlaşdırılan MSK üzvləri arasında komissiyanın sədri Mixail Oxendovski, müavinləri Andrey Maqer və Janna Usenkonu da var.


Ali Rada onların əvəzinə yeni üzvlər seçib.

Xəbər lenti