Xəzər Xəbər

Pambığın alış qiyməti artırılıb - VİDEO

Veb TV | 20:03 • 20 Sentyabr 2018
Pambığın alış qiyməti artırılıb -

Pambığın alış qiyməti artırılıb.

Xezerxeber.az-ın məlumatına görə, pambıq istehsalı ilə məşğul olan fermerlərin maddi rifahının yaxşılaşdırılması və məhsul istehsalına həvəsləndirilməsi məqsədilə pambığın alış qiymətinə 50 manat əlavə olunub.

Bu il ölkə üzrə 260 min ton pambıq yığımı nəzərdə tutulub . Ümumi hesablamalara görə, pambıq istehsalı ilə məşğul olan fermerlər bu il əlavə olaraq 12-13 milyon manat qazanc əldə edə biləcəklər.

Pambıq yığımı üçün yeni texniklar da gətirilib.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Hüseynovun sözlərinə görə, yaxın günlərdə kütləvi pambıq yığımı aksiyasına başlanılacaq.

Qeyd edək ki, bu il ölkə üzrə 132 min hektar ərazidə pambıq əkilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti