Xəzər Xəbər

Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri davam edir - VİDEO

Veb TV | 19:59 • 20 Sentyabr 2018
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri davam edir -

Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri davam edir.

Xezerxeber.az-ın məlumatına görə, bu gün təlimlərdə gündüz vaxtı döyüş atışları həyata keçirilib. Müxtəlif növ qoşun birləşmələrinin cəlb edildiyi təlimlərdə şərti düşmən hədəfləri peşəkarlıqla məhv edilib.

Ordumuz poliqonlarda və müasir avadanlıqla təchiz edilmiş təlim sahələrində gündüz vaxtı döyüş atışlarını icra edib. Motoatıcı, tank, raket-artilleriya, zenit-raket bölmələri, hava hücumundan müdafiə vasitələri, aviasiya, eləcə də digər birləşmələr silah və texnikanın tətbiqi ilə təlim-döyüş tapşırıqlarını yerinə yetiriblər.

Müdafiə Nazirliyinin rəhbərliyinin də izlədiyi təlimlərdə qoşunların peşəkarlığı və şəxsi heyətin hazırlığı yüksək qiymətləndirib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti