Xəzər Xəbər

Azərbaycanda Aşura günüdür - Bu münasibətlə qanvermə aksiyası keçirilib - VİDEO

Veb TV | 20:20 • 20 Sentyabr 2018
Azərbaycanda Aşura günüdür -

Bu gün Azərbaycanda Aşura günüdür və bu münasibətlə minlərlə insan məscidlərə axın edib.

Xezerxeber.az-ın məlumatına görə, qana ehtiyacı olan xəstələrə yardım məqsədilə səhər saat 9-dan yüzlərlə insan könüllü şəkildə məntəqələrə axın edib. Bunun xeyirxah və savab iş olduğunu düşünən vətəndaşlar belə aksiyalarda yaxından iştirak etməyin vətəndaşlıq borcu olduğunu deyirlər. Onlar həmçinin aşura günü xürafata əsaslanan adətləri icra etməkdənsə, qan verərək insanlara dəstək olmağı daha faydalı hesab edirlər.

Aksiyaya üz tutanlar qan verməzdən öncə həkim müayinəsindən keçiriliblər. Qanvermə aksiyası paytaxtla yanaşı, regionlarda da təşkil olunub.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, millət vəkilləri və ölkəmizdə olan dini konfessiyaların nümayəndələri də qanvermə aksiyasına qoşulublar.

Allahşükür Paşazadə insanları Qazılar Şurasının Məhərrəm ayı ilə bağlı fətvasında qeyd olunan məsələlərə riayət etməyə çağırıb.

Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq. Qanvermə aksiyası axşam saatlarınadək davam edib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti