Xəzər Xəbər

NATO Azərbaycana dəstək nümayiş etdirir

Gündəm | 13:27 • 20 Sentyabr 2018
NATO Azərbaycana dəstək nümayiş etdirir

Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir və NATO-nun səylərini dəstəkləyir. NATO Azərbaycanın terrorizmlə mübarizədə rolunu yüksək qiymətləndirir.

Bu fikri jurnalistlərə müsahibəsində NATO baş katibinin müavini xanım Rouz Gotemoller deyib.

Baş katibin müavini bu il iyulun 12-də Azərbaycan Prezidenti İlham Əliyevin NATO-nun Əfqanıstanda Qətiyyətli Dəstək missiyası üzrə Şimali Atlantika Şurasının görüşünün önəmini qeyd edib.

Rouz Gotemoller Azərbaycanın NATO ilə sıx əməkdaşlığının olduğunu vurğulayıb. O əlavə edib ki, Azərbaycan NATO-nun Əfqanıstandakı sülhməramlı missiyasına töhfə verir. "Biz bir çox layihələr üzərində işləyirik və bu layihələr Azərbaycanın maraqlarına xidmət edir", - deyə o əlavə edib.

Xəbər lenti